!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarda sürüşüb xəsarət alanlardan 19-u xəstəxanaya yerləşdirilib” – Təcili Yardım

!Reklam – Yazi

“Qarlı və şaxtalı hava şəraiti nəticəsində 24 nəfər qarda sürüşərək xəsarət alıb”.

Bunu açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan 19 nəfəri xəstəxanaya yerləşdirilib: “Travmalar əsasən zədələnmələri ilə bağlı olub. Səhər saatlarında cəmi 9 hadisə baş vermişdi, amma indiki məlumata görə, qarda sürüşənlərin sayı artıb”.

Baş həkim qeyd edib ki, hava şəraiti ilə əlaqədar şəhərin müxtəlif yerlərində qarda sürüşənlər olub: “Paytaxtın hansı hissəsində qar çox yağıbsa, oradan müraciətlər var. Ümumilikdə bütün ərazi üzrə zənglər olub və təcili tibbi yardım maşınları müraciət yerinə yollanıblar.

Tırtıllı təcili tibbi yardım maşınları, bundan başqa hər iki oxu çəkən avtomobillər də qarlı və şaxtalı havalarda əhaliyə xidmət üçün hazırdır.

Tırtıllı təcili tibbi yardım maşınına təkər taxılıb, amma onlardan 40 santimetr qar örtüyü olsa istifadə edəcəyik”.

Yenicag.az

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv