Qarda yıxılaraq xəsarət alanlar sayı ARTIB – Bakıda

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Yenicag.az-a verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.