Qardaş bacısını öldürüb basdırdı – Goranboyda DƏHŞƏT 

Goranboy rayon sakini bacısını qətlə yetirib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə İrəvanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları cəlb edilib. Hazırda qadının meyitinin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.