“Bu Novruz içimdə bir kədər, ağrı var”.
Bu sözləri Xalq artisti, sevilən aktrisa Firəngiz Mütəllimova Yenicag.az-a açıqlamasında deyib.
Ötən il qəfildən dünyasını dəyişən qardaşına görə bu Novruz üzü gülməyən aktrisa vaxtilə Şuşada keçirdikləri bayram günləri barədə danışanda kövrəlib:
“İlaxır çərşənbəsi Şuşada möhtəşəm keçirilirdi. Novruz tonqalları yanırdı, evlərə papaq atılırdı, qızlar qulaq falına çıxırdı. Xoşbəxtəm ki, bu gün doğma Şuşamız özümüzə qayıdıb. Yenə də o yerlərdə Novruz tonqalları qalanır.
Bu Novruz içimdə bir kədər, ağrı var. qardaşımla Şuşada keçən o gözəl günlər gözümün önündə canlanır. Bu gün o həyatda yoxdur. Qardaşımın keçən il qəfil vəfatına görə bizdə “qara bayram”dır. Bütün xatirələrimdə qardaşım olduğuna görə Novruzla bağlı xatirələrimi danışmaq mənə çox çətindir. Şuşada keçən o gözəl günlərdə qardaşım da mənimlə bərabər olub. İndi o xatirələr məni çox kədərləndirir”.
Cəvahir