Türkiyədə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Muğla əyalətinin Datça rayonu sahillərində Egey dənizində qeydə alınıb.
Zəlzələ yerli vaxtla saat 19.05-də (Bakı vaxtı ilə 20.05) 4,4 bal gücündə olub.