Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində iyunun sonundan bəri ən azı 86 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“Son 24 saat ərzində Pəncab və Sind əyalətlərində 6 nəfər təbii fəlakətin qurbanı olub. Yağışlı mövsümün başladığı 25 iyundan bəri ölkə üzrə ən azı 150-dən çox insan xəsarət alıb”, – bəyanatda deyilir.
Daşqınlar Pəncabın inzibati mərkəzi olan Lahor şəhərinə ciddi ziyan vurub. Elektrik enerjisi kəsilib, nəqliyyat dayanıb.