Qardaş ölkədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin Qars vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb.

Zəlzələnin episentri Kağizman rayonunda olub.

Zəlzələnin ocağı 6,5 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Qars vilayətində bundan öncə də ardıcıl 3 zəlzələ qeydə alınıb.

Məlumata görə, əvvəlcə 3,3 və 3,4 bal gücündə zəlzələ baş verib. Daha sonra isə 3,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələlərdən sonra sakinlərin bir qismi küçələrə axışıb.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.