Qardaş ölkədə ardıcıl iki zəlzələ

Türkiyəni Çorum şəhərində iki zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumatda qeyd edilib ki, yeraltı təkanlar 10 dəqiqəlik fasilə ilə qeydə alınıb.

Birinci zəlzələ yerli vaxtla saat 01:24-də 3,7 bal, ikinci zəlzələ isə saat 1:34-də 2,4 bal gücündə olub.

Zəlzələ Uğurludağda sakinlər arasında⁰ təlaşa səbəb olub.

Dağıntı və ya tələfat qeydə alınmayıb.