Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qardaş ölkədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alındı

Türkiyədə koronavirusa gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Belə ki, son sutka ərzində 196 nəfər yeni növ koronavirusdan ölüb. Bununla da infeksiyadan ölənlərin ümumi sayı 14 705 nəfərə çatıb. Son 24 saatda 178 903 nəfər koronavirus testindən keçib, 6128 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 31 896 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 533 198 nəfər COVID-19 infeksiyasına yoluxub.

www.yenicag.az

257