Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 354 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama yayıb.
Son 24 saatda 54 791 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3 463 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 37 329 nəfər ölüb.
Türkiyədə indiyədək 4 501 382 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 909 935-i müalicə olunaraq sağalıb.