Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qardaş ölkədə daha bir güclü zəlzələ oldu: Ölənlər var - YENİLƏNİB

Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 4 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, təbii fəlakət zamanı xəsarət alan vətəndaşlar da var. Bundan əlavə, bir neçə binada dağıntılar olub.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 6.75 kilometr dərinliyində yerləşir. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

***

22:45

Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkan yerli saatla 20.55-də qeydə alınıb. Təkanların ocağının yerin 6.75 kilometr dərinliyində olduğu bildirilib. Təkan ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat hələlik yoxdur.

www.yenicag.az

1113
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100