Qardaş ölkədə FACİƏ: Bina çökdü, insanlar dağıntılar altında qaldılar – VİDEO

Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında təbii qaz səbəbindən partlayış baş verib.

Səlahiyyətlilər dağıntılar altında insanların qaldıqlarını bildiriblər.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.

Dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxın xəstəxanalara aparılıb. Aydilge adlı kiçik qız xilas edilib. Onun valideynləri xəstəxanaya yerləşdiriliblər.