Qardaş ölkədə güclü zəlzələ oldu

Türkiyədə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.
Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.