Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 65 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 421 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 15 082 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 866 012 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 15 287 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 685 560 nəfər təşkil edir.