Türkiyədə son sutka ərzində 155 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saatda 37 min 303 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 277 min 880, pandemiya qurbanlarının sayı isə 31 min 385 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 milyon 995 min 033 pasiyent (son sutkada 19 925 nəfər) sağalaraq evə buraxılıb.