Qardaş ölkədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutkada yeni növ koronavirusdan 340 nəfər həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində COVID-19 infeksiyası ilə əlaqədar 240 145 nəfər test edilib, onlardan 25 980-nin koronavirus testi pozitiv nəticə verib, 75 182 nəfər sağalıb, 3 532  koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 844 nəfər ölüb.

Türkiyədə indiyədək 4 875 388 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 480 381-i müalicə  olunub.

COP29