Qardaş ölkədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:05-də qeydə alınıb. Yeraltı təkanların episentri Hekimhan rayonunda olub.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.