Qardaş ölkədə zəlzələ oldu

Türkiyənin Antalya vilayətində 3,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:14-də qeydə alınıb. Zəlzələnin ocağı 74,6 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.