Qardaş ölkədə zəlzələ – Xəsarət alanlar var

Türkiyədə zəlzələ baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 4,9 bal qeydə alınıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələnin saat 3:29-da İzmirin Buca rayonunda baş verdiyi bildirib.

O qeyd edib ki, zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib.