Yenicag.az xəbər verir ki, “Qardaşlıq matçı” adlandırılan oyun 8 Noyabr – Zəfər Gününə həsr olunub.
Hər iki ölkənin tanınmış və nüfuzlu media qurumlarının əməkdaşları aylar öncədən verdikləri qərarı məhz 44 günlük Vətən müharibəsində qazanılan qələbəyə ithaf ediblər.
Türkiyə media nümayəndələrindən matça qatılan TRT telekanalının və Anadolu agentliyinin iştirakçılar özlərini evlərindəki kimi hiss etdiklərini, qardaşlıq oyununun onlar üçün qürurverci olduğunu deyiblər.
Oyunda ümumilikdə 14 media qurumunun əməkdaşları qatılıb.
Qeyd edək ki, sözügedən yarışda Demokrat.az xəbər portalı da təmsil olunub.
Cavab oyunu yaxın vaxtlarda Türkiyədə təşkil olunacaq.