Tovuzda qətl hadisəsi törədilib.
Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Yeniçağ.Az