!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qardaşına görə iki bacını zorlayacaqlar

!Reklam – Yazi

g-947Hindistanın Uttar-Pradeş ştatında kənd sakinləri qardaşı evli qadınla qaçdığı üçün 23 yaşlı Minakşa Kumar və onun 15 yaşlı bacısını zorlanmağa məhkum ediblər.

Bu barədə `The Mirror` ` Amnesty International`-a istinadəjn xəbər verir.

Kumari ailəsi ən aşağı kasta olan dalitlərə – `toxulmazlara` daxildir. Qızların qardaşı Ravi daha yuxarı kastadan (catlar) olan qadına aşiq olub. Bu ilin mart ayında gənc oğlan bir ay əvvəl başqasına zorla ərə verilən sevgilisi ilə qaçıb.

Kənd Şurasının (Ancaq kişilər daxildir) qərarına görə, qardaşlarının qısasını almaq üçün qadınlar zorlanmalı və çılpaq olaraq kənd əhalisinin qarşısına çıxarılmalıdır.

Qərar qəbul olunana qədər, təhlükə hiss edən qızlar Baqhpat dairəsində yerləşən kəndi tərk ediblər. Kəndlilər onların evlərini yerlə yeksan edib.

`Amnesty International` təşkilatının hüquq müdafiəçiləri Kumari bacılarını qorumaları üçün Hindistan hakimiyyətinə müraciət edib. Təşkilat vurğulayıb ki, qızların atası yaxınlarda ana olacaq oğlunun sevgilisinin təhlükəsizliyinin təmin olunması üçün polisə müraciət edib. (azvision.az)

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv