!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qardaşını 10 parçaya böldü

!Reklam – Yazi

78949Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Türkiyənin Uşak şəhərində dörd gündür axtarılan Tahsin Kahraman adlı şəxsin böyük qardaşı tərəfindən qorxunc bir şəkildə öldürüldüyü ortaya çıxıb. Qardaşını parçalara ayıran adam cəsədin hissələrini fərqli yerlərdə basdırıb.

Uşakın Ortaköy kəndində yaşayan Tahsindən xəbər ala bilməyən yaxınları jandarmaya müraciət ediblər. Axtarışlar zamanı Tahsinin evində qan izlərinə rast gələn hüquq mühafizə orqanları istintaqı genişləndirib.

Məlum olub ki, öldürülən şəxsin qardaşı ilə arasında düşmənçilik olub. Tahsinin böyük qardaşı 54 yaşlı A.K.-yi saxlayan jandarma onu dindirərkən cinayətin motivləri məlum olub. Atalarından qalan ev və axuru bölüşdürə bilməyən qardaşlar arasında dava olub.

A.K qardaşı Tahsini axırda qətlə yetirdiyini etiraf edib. Tahsinlə mübahisə etdiyini deyən böyük qardaş daha sonra onun başına çubuqla vuraraq öldürdüyünü söyləyib. Qardaşını 10 parçaya ayıran A.K Tahsinin cəsədinin parçalarını qonşu kənd yaxınlığındakı bir ərazidə basdırıb.

Araşdırmalar zamanı cəsədin qalıqları aşkarlanıb və dəhşətli cinayətin sirr pərdəsi açılıb.

(anspress.com)

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv