Qardaşını avtomobillə vuraraq öldürdü

Bərdə sakini ehtiyatsızlıqdan qardaşını öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 29-da saat 22 radələrində Bərdə rayonunun Vəliuşağı kəndində yaşayan Pənah Ağayev evinin həyətində “VAZ-2106” markalı avtomobili geriyə hərəkət etdirərkən qardaşı Zabili vurub.

Nəticədə Zabil aprelin 30-da yaşadığı evdə ölüb.

Faktla bağlı araşdırma aparılır.