Qardaşını donuz zənn edib öldürən şəxs özünü güllələdi

Türkiyənin Ərzurum şəhərində faciəvi olay yaşanıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, donuz ovuna çıxan dostlar iki qrupa bölünüblər.

Ərazidə donuz axtarışına çıxan Erol A. kolluğun arxasında eşitdiyi səsi donuz səsi zənn edərək atəş açıb. Atəşdən sonra insan qışıqırığı eşidən Erol səs gələn tərəfə getdikdə qardaşı Volkan A.-nı öldürdüyünü görüb.

Qardaşını öldürən Erol tüfəngi çənəsinə dayayıb intihara cəhd edib.

Hadisə yerinə çağrılan ambulansla Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılan Erol A.-nın vəziyyətinin ağır olduğu bildirilir.