!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qardaşını öldürən şəxs: "Onu torpaq üstündə güllələdim"

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Məhərrəmov özünü təqsirli bildiyini deyib, lakin ittihamda qeyd edilən bəzi məqamlarla razılaşmayıb.

O, sərbəst ifadə verən zaman söyləyib ki, 2005-ci ildə üç qardaş 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olublar:

“Daha sonra isə torpaq sahəsini aralarında bölmək istəyiblər. Böyük qardaşları olan Səməd Məhərrəmov buna etiraz edib və torpaq sahəsini heç kimlə bölməyəcəyini deyib. Bundan sonra aramızda mübahisələr yarandı. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Çünki ərazidə iş gedirdi, xətt də qırıla bilərdi. Mənə arxadan yaxınlaşıb təpiklə vurdu. Daha dözə bilmirdim. Bu hərəkətinin səbəbini soruşanda məni təhqir elədi. Mən də gedib silahı gətirdim”.

Ş.Məhərrəmov qardaşını öldürmək qərarına gəlməsinin səbəbini belə izab edib: “Ona dedim ki, “məni bezdirmisən, səni öldürəcəm”. Qardaşım “səndə o ürək hardandır?” dedi. Buna görə də onu vurdum. Mən əsəblərimi cilovlaya bilmədim”.

Məhkəmədə elan edilib ki, qardaşlar arasında torpaq sahəsi üstündə məhkəmə davası da olub. Həmin məhkəmələrin qərarına əsasən, torpaq sahəsi mərhuma məxsus olub.

Məhkəmənin növbəti prosesi aprelin 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da Xızı rayonunda baş verib. Rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Şirxan Həsən oğlu Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

İlkin məlumata görə, iki qardaş arasında uzun müddətmiş torpaq sahəsi üstündə münaqişə varmış. Oktyabrın 29-da onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutulub.

www.yenicag.az

2853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv