Ads by Google

hightechnic
Ads by Google

qetltoredendndnBinəqədidə qardaş və bacının bıçaqlanmasının təfərrüatları məlum olub.

Yenicag.az Region TV-yə istinadən xəbər verir ki, Fidani İsmayılovun qəsəbədə yaşayan Əfsanə Məmmədova və onun qardaşı Anarı bıçaqlamasının səbəbi qısqanclıq olub.

Fidani İsmayılov cinayəti törətdikdən sonra hadisə yerini tərk edib. Lakin Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verililib.

Saxlanılan şəxs dindirilərkən hələ də hadisənin şokunda olduğunu bildirib. Onun sözlərinə görə, Əfsanə Məmmədova ilə bir müddət əvvəl tanış olub. Daha sonra qadın ona birgə yaşamağı təklif edib. Ailəli olmasına baxmayaraq, Fidani bu təklifi qəbul edib. Hadisə baş verən gün isə Əfsanə Fidaniyə xəbər etmədən qardaşı Anarla dənizə gedib. Bundan əsəbiləşən kişi əlini bıçağa atıb.

Artıq faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Fidani İsmayılov barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."