Qardaşlar arasında dava QANLA BİTDİ

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan 35 yaşlı Səfərov Kamil Xəlil oğlu ilə qardaşı 34 yaşlı Emil arasında mübahisə düşüb.

Yenicag.az xəbər verir ki, mübahisə zəminində Kamil Emili bıçaqlayıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.