Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qardaşların meyiti tapıldı

50966Yuxarı Qarabağ kanalının Mingəçevir rayon ərazisindən keçən hissəsində batan məktəblilərin meyiti bu günə kimi tapılmayıb.

 Fövqəladə Hallar Nazirliyinin dövlət sularda xilasetmə xidmətinin dalğıcları artıq 3 gündür ki, Yuxarı Qarabağ kanalında batmış Ömər və Ülvi Novruzov qardaşlarının meyitlərinin tapılması istiqamətində axtarışlar aparsa da hələ ki heç bir nəticə əldə olunmayıb. Bu gündə axşam saatlarına kimi axtarışlar davam etdirilib.

Qeyd edək ki, hadisə noyabrın 11-də axşam saatlarında Yuxarı Qarabağ kanalının Mingəçevir rayon ərazisindən keçən hissəsində baş vermişdi. Mingəçevirdə məskunlaşmış Ağdərə rayonundan məcburi köçkün 13 yaşlı Novruzov Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Novruzov Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş Ö. Novruzov kiçik qardaşı Ü. Novruzovun suda boğulduğunu görüb və onu xilas etmək üçün kanala atılıb, nəticədə da hər ikisi batıb(apa.az)

 

Loading...

www.yenicag.az

305