Qardaşlıq paradından FOTOLAR

Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

Özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Yenicag.az xəbər verir ki, Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azadlıq meydanında hərbi parad keçirilib. Paradı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, ölkənim I Vitse-prezidenti Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin müdafiə naziri Aviqdor Liberman və ölkəmizdə olan diplomatik korpusun nümayəndələri izləyiblər.

Parad zamanı Azərbaycan ordusunun arsenalında olan hərbi texnikalar nümayiş etdirilib.

Yenicag.az paraddan fotoları sizə təqdim edir:

Səxavət Məmməd
Fotolar: Həşim Səhrablı

COP29