ABŞ-nin “Los-Anceles” klubunda çıxış edən Qaret Beyl Uels millisinin tarixinə düşüb.
Yenicag.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Qətərdə təşkil olunan dünya çempionatında İrana seçməsinə qarşı II tur oyununda meydana çıxmaqla nail olub.
Beyl yığmada 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.
Qeyd edək ki, Kris Qanter DÇ-2022 üçün yığmaya çağırılsa da, hələlik meydana çıxmayıb.