Qaribaşvili Ərdoğanla görüşdən sonra Hataya gedəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə gedib.

Yenicag.az xəbər verir ki, Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qaribaşvilinin təbii fəlakət zonasına – Gürcüstanın xilasetmə qruplarının axtarış işləri apardığı Hatay vilayətinin Antakya şəhərinə də səfər edəcək.

Məlumata görə, səfərlə əlaqədar Qaribaşvilinin parlamentdə Gürcüstanın milli təhlükəsizliyi ilə bağlı çıxışı təxirə salınıb.