Gürcüstan hakimiyyəti ölkəni müharibəyə sürükləmək cəhdlərinin qarşısını alıb.
Yenicag.az bu barədə Sputnik Gürcüstan-a istinadən xəbər verir. Baş nazir İrakli Qaribaşvili hökumətin il ərzində gördüyü işlərə dair hesabatını təqdim edərkən deyib ki, Gürcüstan hakimiyyəti daxili düşmən qüvvələrin ölkədə sabitliyi pozmaq və silahlı münaqişəyə sürükləmək cəhdlərini dayandırıb.
“Risklər çox real idi. Uydurma deyildi. Ölkədə sabitliyin pozulması təhlükəsi var idi. Ölkədə fəaliyyət göstərən radikal qruplaşmalar və düşmən qüvvələr, mən bunu deməkdən çəkinmirəm, ölkənin bu hərbi əməliyyatlarda iştirakında birbaşa maraqlı idilər”, – Qaribaşvili bildirib.
O, misal gətirməyib və qeyd edib ki, artıq hər kəs hər şeyi yaxşı bilir.
Baş nazir qeyd edib ki, Gürcüstanın indiki hakimiyyəti yalnız xalqın və ölkənin maraqlarından çıxış edir. Məhz bunun sayəsində ölkəni onun başına gələ biləcək ən böyük bəladan – müharibədən xilas edə biliblər.
Xuraman Etibarlı