Gürcüstan hakimiyyəti Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycanı hökumətin “Sülh Qonşuluq Təşəbbüsü”nə cəlb etməyə hazırdır.
Yenicag.az “Sputnik Georgia”ya istinadla xəbəır verir ki, bunu baş nazir İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib.
2021-ci ilin sonunda Qaribaşvili “Sülh Qonşuluq Təşəbbüsü”nə başlayıb. Baş nazir qonşulara tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.
“Hökumətimin Sülh Qonşuluq Təşəbbüsünə əsaslanaraq, biz Ermənistan və Azərbaycandan olan qonşularımızı və dostlarımızı Cənubi Qafqazda nəhayət davamlı sülhün bərqərar olması üçün bu prosesə cəlb etməyə hazır olduğumuzu bəyan edirik”, – deyə Gürcüstanın baş naziri bildirib.