Qarın gərmə əməliyyatından sonra görün nə hala düşdü: +18 VİDEO

Bakıda xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.

Yenicag.az xəbər verir ki, abdominoplastikadan sonra pasientin yarasında irin və dərin çapıqlar yaranıb.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən plastik-rekonstruktiv cərrah Dilqəm Məmmədov dəhşətli görüntüləri paylaşaraq insanları ehtiyyatlı olmağa səsləyib:

“Dəyərli pasientlər, həkim müayinəsi zamanı əksəriyyət hallarda zəmanət istəyi (qarantiya) ən öndəki məsələ olur. Bunu maksimal əldə etmək üçün həkimlə yanaşı pasientin də savad və intellekti birinci şərtdir! Gördüyünüz xanım çanaq boşluğu üzvlərinin əməliyyatı ilə yanaşı, estetikanı da düşünüb… Abdominoplastika əməliyyatının kifayət qədər həcmli əməliyyat olduğunu bilərək, yanaşı icrasına həkimin necə razılaşması təccüb doğurur. Nəticədə uzun zamanını, sağlamlığını, psixi statusunu və.s itirən iki tərəf var: pasient, həkim”.

Qeyd edək ki, Abdominoplastika qarın divarındakı əlavə piylərin və dərinin çıxarılması ilə əzələləri dartaraq qarnı düzləşdirən əməliyyatdır. Bu cərrahi əməliyyat qarın gərmə kimi də tanınır./Yenisabah.az/