Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qarın piylərini sürətlə əridən qidalar - SİYAHI

Alimlər qarın piylərinin parçalanmasına səbəb olan və bağırsaqların işini yaxşılaşdıran məhsulların siyahısını açıqlayıblar.

Yenicag.az xəbər berir ki, həmin siyahıya 20-dən çox məhsulun adı daxil edilib.

Qarın nahiyəsində piylə mübarizə aparmaq üçün mütəxəssislər paxlalı bitkilərdən, lobya, noxud, bişmiş kartof, qulançar, balqabaq, yumurta, avokado və gül kələmindən istifadə etməyi məsləhət görürlər. Həmin məhsullar kalium, antibiotik, zülal və sinklə zəngindir və onlarla qidalanmaq immuniteti yüksəldir, tezdoyma hissi yaradır.

Həmçinin şişman qarınla mübarizədə yaşıl banan, qəhvə və çaydan istifadə etməyin də faydalı olduğu bildirilir. Onlar, sitrus, süd və ağartı məhsulları kimi həzm prosesinin yaxşılaşmasına kömək edir. Qoz, fındıq, badam və püstə də orqanizmə eyni təsir göstərir.

Soğan, zeytun yağı, yulaf, pomidor, qızıl balıq və tuna balığı minerallar və D vitamini ilə zəngin olduğuna görə çəki itirməyə kömək edir.

Lakin alimlər onu da müəyyən ediblər ki, yalnız idman məşğələləri ilə qarın piyindən qurtulmaq mümkün deyil. Həmin məşğələlərlə birlikdə arıqlamağa səbəb olan qidaların qəbul edilməsi normal çəkiyə sahib olmaqda əsas vasitələrdən biri olmalıdır./Medicina/

www.yenicag.az

839