Dünyaşöhrətli fotoqraf Reza Deqati “Instagram” səhifəsində Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.
Yenicag.az xəbər verir ki, Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf izləyicilərinə məbədin tarixi barədə də məlumat verir.