Bu gün saat 18:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
***
Bu gün saat 13:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Yenicag.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.
***
13:21
Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 12 nəfərə çatıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Yenicag.az-a verilən xəbərə görə, bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
***
10:25
Bakıda ötən gecədən bu vaxta qədər qarlı hava ilə bağlı 8 nəfər yıxılaraq xəsarət alıb.
Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat veriblər.
Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.
Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.