Cərrahların özləri belə, bu əməliyyatda heyrətə gəlmişdilər. Çünki onlar cərrahiyyə masasındakı pasiyentin qarnını yarıb diri balıq çıxarmışdılar.
Balıq çırpınır, əldən çıxmağa çalışırdı.
Olay Braziliyanın Londrina şəhərində baş verib. Kəskin qarın ağrıları və başgicəllənmədən şikayətlənən orta yaşlı kişi xəstəxanaya müayinəyə yollananda qarnında balıq olduğunu bilmirdi.
Londrina Universitetinin hospitalında (Hospital Universitário de Londrina) rentgen və ultrasəs müayinəsi onun qarnında Cənubi Amerika ilanbalığının (South American lungfish) olduğunu göstərdi.
Bu balıqlar təbiətdə 4,1 metr uzunluğa qədər böyüyə bilirlər.
Həkimlərin dediklərinə görə, pasiyentin qarnından çıxarılan balığın uzunluğu 67 sm idi.
Əməliyyatı tibb bacılarından biri smartfonla çəkərək internetdə yaydığı üçün universitetin dekanı Nadina Morena hospital əməkdaşlarına iş vaxtı mobil telefonlardan istifadənin yasaqlandığını bildirib.