Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qasım Süleymani sui-qəsdində İsrail izi – İDDİA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) təşkil etdiyi hava hücumu nəticəsində öldürülən İran generalı Qasım Süleymani sui-qəsdi ilə bağlı yeni iddia irəli sürülüb.

Yenicag.az “Yahoo News”a istinadən xəbər verir ki, bu barədə adının gizli saxlanılmasını istəyən yüksək rütbəli ABŞ zabiti məlumat verib.

Zabit qeyd edib ki, İsrail Qasım Süleymaninin istifadə etdiyi üç telefon nömrəsini əldə etdikdən sonra məlumatı ABŞ-a ötürüb.

Zabitin sözlərinə görə, Süleymaninin yeri təsbit edildikdən sonra ABŞ üç pilotsuz uçuş aparatını Bağdad Hava Limanı üzərində uçurtmağa başlayıb. “B” planı olaraq isə amerikalı snayperlər hava limanından bir neçə yüz metr aralıda tətikdə gözləyiblər.

Daha sonra plan işə salınıb və ABŞ PUA-ları tərəfindən Süleymaninin olduğu avtomobilə iki raket zərbəsi endirilib.

www.yenicag.az

152
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100