Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil El Cubeyr qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, dövlət rəsmisi Qaşıqçının necə öldürüldüyünü və onun cəsədinin harada olduğunu bilmədiklərini deyib:
“Onun cəsədini tapmağa və nə baş verdiyini anlamağa çalışırıq. Ancaq Camalın cəsədinin harada olduğunu bilmirik. Qaşıqçının ölümündə təqsirli olanlar qanun qarşısında cavab verəcəklər. Onun qətlə yetirilməsi böyük bir səhvdir. Şahzadə, vəliəhd Məhəmməd bin Salman da hadisədən xəbərsizdir”.