Jurnalist Camal Qaşıqçının qətlinə görə beynəlxalq təzyiqlərin hədəfinə gələn Səudiyyə Ərəbistanı özünə yeni problemlər yaradır.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ölkə daxilində repressiyaları davam etdirərək, müxalif mövqeyi ilə seçilən alim Muhsin əl-Avacini zindana salıb.
Məlumata əsasən, əl-Avaci bir neçə ay əvvəl nəşr etdirdiyi kitaba görə həbs olunan alim Səfər əl-Havaliyə yaxınlığı ilə seçilib.
“Twitter”də yaradılmış “Siyasi fikir məhbusları” hesabında yayılan məlumatda əl-Avacinin 5 gün əvvəl həbs edildiyi qeyd olunub. Bildirilib ki, əl-Avaci əslində, müxalifətçi deyil və Məhəmməd bin Salman vəliəhd seçiləndə onu təbrik edib.