Qaşıqçının üzərinə asit turşusu tökərək əridiblər – ŞOK İDDİA

Səudiyyə Ərəbistanının təhlükəsizlik gücləri tərəfindən öldürüldüyü rəsmi olaraq etiraf olunan Camal Qaşıqçının cəsədinin harada olmasına dair axtarışlar gücləndirilib.

Yenicag.az xəbər verir ki, bu haqda Türkiyənin ”Yeni Şəfəq” nəşrində Halik Karakaya yazıb.

İddiaya görə, Sultanqazidə tərk edilmiş halda olan diplomatik nömrəli avtomobildə aşkarlanan kimyəvi qoruyucu maska cinayətdə xüsusi hazırlanmış asit turşusundan istifadə edildiyinə dair ehtimalı gücləndirib. Mikrobiologiya mütəxəssislərinin sözlərinə görə, cəsədin yox edilməsi üçün istifadə edilən asit turşusu sümük, daxili orqanları, saç və dişlər də daxil olmaqla hər cür toxumanı qısa müddət ərzində əridərək mikroskopik parçalara ayıra bilir. Kəşfiyyat və təhlükəsizlik gücləri axtarış fəaliyyətinə bu ehtimalı da daxil ediblər.

Qeyd edilir ki, Məkkə və Mədinədə dəfn mərasimi zamanı cəsədin asitlə əridilməsi tez-tez istifadə olunan bir üsuldur. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulun evinin bağçasındakı quyudan götürülən su nümunəsində kimyəvi maddəyə aid iz axtarılır.

Dünən axşam isə Baş konsulluğun olduğu küçədə xüsusi bir şirkət tərəfindən robot kameralarla kanalizasiyada araşdırma aparılıb./Big.az/

COP29