!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatar 6 gün ərzində 4768 km məsafə qət edib, Bakıya çatdı

!Reklam – Yazi

9239028 İyulda Çindən Azərbaycana yola çıxan sınaq konteyner qatarı bu gün Ələt limanına çatıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının saat 10 radələrində Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanına daxil olub.

Tədbir Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə baş tutub.

Sözügedən sınaq konteyner qatarı 82 ədəd 20 tonluq konteyner daşıyır və daşınan yük kaustik sodadır. Bu təyinatlı yüklər alternativ marşrutlarla əvvələr 25-40 gün müddətində Bəndə-Abbas və Poti limanları vasitəsilə daşınırdı.

Qatar 6 gün müddətində Bakıya çatıb.

Bu ilin sentyabr ayında ikinci konteyner qatarının Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə marşrutu üzrə göndərilməsi nəzərdə tutulur.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv