Qatar avtobusa çırpıldı: 4 ölü, 11 yaralı

Rusiyada avtobus yük qatarı ilə toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün Orlovsk vilayətində baş verib.

Qatarın avtobusa çırpılması nəticəsində 4 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzanın səbəbləri araşdırılır. Bildirilir ki, avtbus regionun tanınmış artistlərini daşıyırmış.