Qatar orta yaşlı kişini vuraraq öldürdü – DİN məlumat yaydı – +18 FOTO

Tovuz rayonu ərazisindəki qorunan keçiddə qatarla kənd sakini vurulub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 5-də saat 7 radələrində Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisindəki qorunan keçiddə qatarla kənd sakini Nemət Həsənov vurulub və nəticədə o, hadisə yerində ölüb.