!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus xəstələrinin ev şəraitində müalicəsi - QAYDALAR

!Reklam – Yazi

Koronavirusla mübarizədə dünya təcrübəsi göstərir ki, ağır simptomları olmayan və ya xəstəliyi yüngül şəkildə keçirən COVID-19-a yoluxmuş xəstələr klinik şəraitdə müalicəyə ehtiyac duymur. 

Ümumdünya Səhiyyə Təşkilatının və Avropa İttifaqının tibb qurumlarının məlumatına görə, COVID-19-a yoluxmuş insanların 80 faizi xüsusi müalicə almadan sağalıblar. Bu cür xəstələr evdə qala bilər, lakin mütləq özünütəcrid etməli və karantin tədbirlərini gözləməlidirlər.

Bu beynəlxalq təcrübə klinikalarda yalnız kompleks dərman müalicəsi və xüsusi avadanlıqların tətbiqi tələb olunan ağır simptomlu xəstələri yerləşdirməklə xəstəxana resurslarından rasional istifadəyə imkan verir və Azərbaycanda da aktiv şəkildə istifadə olunur.

Həkim Rasif Bağırov cavan adamların xəstəliyi yüngül keçirdiyini bildirib. O, qeyd edib ki, dünya təcrübəsində də evdə müalicə təcrübəsi var. “Xəstəxanalara daha ağır xəstələri yerləşdirmək lazımdır. Yüngül keçiriən şəxslər isə ev şəraitində müalicə olunmalıdır, – deyə Rasif Bağırov bildirib.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv