Qatarla təyyarə toqquşdu – VİDEO

ABŞ-nin Los-Ancles şəhərində qatarla təyyarə toqquşub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Pakoima rayonundan havaya qalx təyyarə qısa müddət sonra qatar relslərinin üzərinə düşüb.

Bu zaman hərəkətdə olan qatar təyyarəyə çırpılıb. Pilot xilas edilsə də, o, xəsarət alıb.

Los Anceles Polis Departamenti polisin xilas edildiyi anın videosunu paylaşıb.