!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatarla toqquşan avtobus, 2 ölü, 40 yaralı - Kimdir müqəssir: Sürücülər, DYP, yoxsa...?

!Reklam – Yazi

Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində baş verən faciə həlli vacib olan bəzi məqamları da gündəmə gətirib.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Yenicag.az-a açıqlamasında həmin məqamlara toxunub:

“Mən fotolara baxdım, orada şlaqbauma oxşar nəsə var. Hadisə baş verən zaman ya şlaqbaum bağlı, ya açıq olub, bu araşdırılmalıdır. Eyni zamanda, orada bir tikili də diqqət çəkir, qatarın gəlməsini əngəlləyə bilərdi, hər halda hüquq-mühafizə orqanları bunu araşdıracaq. Sürücü qarşısında konkret tələb var, o dəmiryol stansiyasına yaxınlaşan zaman şlaqbaum bağlıdırsa, mütləq dayanmalıdır. Heç bir halda, şlaqbaumun yanından keçib gedə bilməz. Şlaqbaum yoxdursa, ya açıqdırsa da belə sürücü tərəfindən qatarın gəlib-gəlməməsi yoxlanılmalıdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, sürücü yol hərəkəti qaydalarını pozub. Amma bu hansı şəraitdə pozulubsa, bunu istintaq müəyyən edəcək. Əminliklə deyə bilərəm ki, nəinki hadisəni törədən, onun kimi yüzlərlə sürücü həmin ərazidən keçərkən dəfələrlə qaydaları pozub. Sual ortaya çıxır ki, onlar niyə bu vaxta qədər məsuliyyətə cəlb olunmayıblar? Dəmiryol keçidini keçmək qaydasını pozduğuna görə 80 manat və eyni zamanda dörd bal cərimə tətbiq olunur. Sürücü beş dəfə bu qaydanı pozduğu halda, sürücülük hüququndan məhrum olunmalıdır, yaxud da sürcülük hüququ məhdudlaşdırılmalıdır. Amma necə ola bilər ki, bu qaydalar dəfələrlə pozulduğu halda, hələ də sürücülük hüquqları məhdudlaşdırılmayıb?”.

Ekspert həmin sürücülərin qanunsuz olaraq himayə olunduğunu bildirib:

“Qanunsuz himayəyə arxayın olduğu üçün həmin sürücülər işıqforun qırmızı işığında keçir, dəmiryol keçidini keçəndə qaydalara məhəl qoymur və s. Dəfələrlə qaydanı pozan sürücü cəzalandırılmır, nəticədə günahı olmayan məsum insanlar zərər çəkir. Çox ciddi ölçü götürülməli və heç kimə güzəşt olunmamalıdır. Bu hadisə zamanı çəkilən fotolardan da görünür ki, oradakı şlaqbaum standartlara uyğun deyil. Keçiddə problem var. 40-dan çox insan xəsarət alıb, 2 nəfər dünyasını dəyişib. Daha da arta bilərdi. 50 elə keçid tikdirməklə bir insanın həyatını əvəz edə bilməz. O qədər avtomobil axını olan və dəmiryol xəttinin kəsişdiyi yerdə işıqfor yoxdur. Bu da bahalı deyil ki, uzaqbaşı min manat qiyməti var. Bu işlə də “Azərbaycan Dəmir Yolları” QSC və Dövlət Yol Polisi İdarəsi məşğul olmalıdır”.

Xatırladaq ki, ötən gün Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu qatarla toqquşub. Nəticədə 40-a yaxın insan xəsarət alıb, 2 nəfər həlak olub. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

Cəvahir

www.yenicag.az

5395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv