Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yə istinadən məlumat verir.
Bildirilib ki, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərmək və ehtiyatlı olmaq tövsiyə edilib. Sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaq xahiş edilib.